Avqustun 17-də "Xudafərin" şadlıq sarayında "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri həmişə Şəhid, qazi, imkansız ailələrinin yanında olan Vətənpərvər xanım Ülviyyə Əsədovanın təşkilatçılığı ilə 44 günlük haqq savaşında torpaqlarımızın ərazi bütövliyinin azad olmasında canından, qanından keçən Şəhid Qədim Xəlilovun cənnətdəki 21 yaşı qeyd edildi.Hörmətli izləyicilər nəzərinizə çatdırım ki, tədbirin aparıcı Fərid və Samerlan ilk öncə gələn qonaqları salamlayaraq öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdılar. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın azad olmasında Şəhid olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndi.
Sonra söz "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanıma verildi. Ülviyyə xanım əvvəl Şəhid Qədim Xəlilovun valideynlərini, daha sonra isə qonaqları salamlayıb, tədbirə gələn hər kəsə təşəkkürünü bildirdi. O, Cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətindən, Şəhid, qazi ailələrinə olan sevgisindən, onlara, xalqa olan qaygı və diqqətindən, eləcədə Şəhid Qədim Xəlilov haqqında danışdı. Şəhidin valideynlərinə Allahdan səbr, şəhidə Allahdan rəhmət dilədi.
Ülviyyə xanımın çıxışından sonra söz şəhidin valideynlərinə verildi. Onlarda çıxışlarında əvvəlcə tədbirə gələn qonaqları salamlayaraq hər kəsə öz dərin minnətdarlıqlarını bildirdilər. Qəhrəman övladlarının döyüş yolundan, göstərdiyi şücaətindən, igidliyindən ürək dolusu danışdılar və Allahdan cəmi şəhidlərimizə rəhmət dilədilər.
Sonra çıxış üçün Şəhid analarına, Vətən müharibəsi əlillərinə, qazilərə, KİV əməkdaşlarına, QHT rəhbərlərinə, şəhidfin döyüşçü yoldaşlarına, İB rəhbərlərinə və bu tədbirə dəstəyi olan "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin İsmayıllı rayon üzrə sədr müavini Günay xanıma da söz verildi. Onlarda Şəhid haqqında öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdılar. Şəhidin valideynlərinə, yaxınlarına, qohumlarına isə Allahdan səbr dilədilər.
Çıxışlardan sonra isə tədbirdə iştirak edən müğənnilər, məddahlar çıxış edərək Vətənpərvər ruhda mahnılar ifa etdilər. İfalardan sonra təqdimatlar oldu və Şəhid Qədim Xəlilovun mövluduna hazırlanan tort valideynləri tərəfindən kəsildi. Şəhidin adına ehsan süfrəsi verildi.
Cənnətdəki ilk mövludun mübarək olsun şəhidim!Allah cəmi şəhidlərimizə rəhmət eləsin!"Qanunyolutv.az" Arif Süleymanlı