“Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin öldürülməsi əmrini verir” - Foto
- 17.03.2026, 15:30,
- Dünya
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölümü ilə bağlı yayılan iddialar fonunda İsrailin Baş naziri Benyamin Netanyahunun ofisində çəkilmiş fotosu paylaşılıb.“Qanunyolutv.az” xəbər verir ki, Netanyahunun “X” hesabında paylaşılmış foto “Baş nazir Benyamin Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin məhv edilməsi əmrini verir” sözləri ilə müşayiət olunub.
Qeyd edək ki, bu gün İsrailin müdafiə naziri İsrael Kats İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi
Əli Laricani və İslam İnqilabı Keşikçiləri Korpusunun “Bəsic” Müqavimət Qüvvələrinin komandiri
Qulamrza Süleymaninin öldürüldüyünü açıqlayıb. Bundan sonra Laricaninin “X” hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində ölkənin “IRIS Dena” hərbi gəmisinə hücumu nəticəsində həlak olan iranlı dənizçilərə başsağlığı
məktubu paylaşılıb.
Xatırladaq ki, daha əvvəl Netanyahu “X” hesabında
video paylaşaraq ölümü ilə bağlı yayılan iddialara cavab vermişdi.