Bakı Dövlət Universitetinin Qazax filialında gənc yazar Elmar Sahibin "Cənnətdə qovuşan sevgililər" adlı kitabının təqdimatı keçirildi.

Bakı Dövlət Universitetinin Qazax filialında gənc yazar Elmar Sahibin "Cənnətdə qovuşan sevgililər" adlı kitabının təqdimatı keçirildi.

Əziz və hörmətli oxucularımız 10.12.2024-cü il tarixində Qazax rayonu BDU-nun Qazax filialında gənc yazar Elmar Sahibin növbəti dəfə qələmə aldığı "Cənnətdə qovuşan sevgililər" adlı kitabının təqdimatı keçirildi.

"Qanunyolutv.az" xəbər verir ki, gənc yazar Elmar Sahib bir neçə kitabın müəllifidir. Elmar daima Şəhid, qazi ailələrinin yanında olan, dəfələrlə Şəhid tədbirlərinin təmənnasız təşkil edib təşkilatçısı olan, gecə-gündüz öz üzərində çalışan, əziyyət çəkən, dövlətini, millətini, bayrağını, vətənini sevən Vətənpərvər oğullardan biridir. Elmar Sahibin bu dəfə də əziyyət çəkib qələmə aldığı, ərsiyyə gətirdiyi kitab "Cənnətdə qovuşan sevgililər" kitabı oldu və o, bu kitabın təqdimatını məhz doğma diyarı Qazax şəhəhərində, şəhidimiz leytenant Məmmədov Məhəmmədin doğulduğu, təhsil aldığı ali məktəbdə keçirməyi özünə borc bilərək tədbir keçirdi.

Tədbirdə İlk öncə BDU-nun direktoru hörmətli Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri və gələn qonaqları salamladı və torpaqlarımızın azadlığı uğrunda canlarını, qanlarını fəda edən igid, qəhrəman şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra Arif müəllim şəhid Məhəmməd haqqında öz xatirələrini danışdı, şəhidimizin necə universitetə layiqli tələbə olmasından, mərd, igid, Vətənpərvər oğul olmasından söhbət açdı. Şəhidimizin valideyinlərinə, yaxınlarına allahdan səbr, şəhidimizə isə allahdan rəhmət dilədi.

Sonra çıxış üçün söz kitabın müəllifi gənc yazar Elmar Sahibə verildi. Elmar Sahib də tədbir iştirakçılarını, Şəhid valideynlərini, qonaqları salamlayaraq kitabın necə qələmə alındığından, kitabın ərsiyyə gəlməsində onun necə hisslər keçirdiyindən və əsas da sujet xəttindən danışdı. O, xüsusi olaraq onu da qeyd etdi ki, bu sevgi hekayəsi əsasən gənclər üçün nəzərdə tutulub. Sonda da təqdimatda iştirak edən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.

Daha sonra çıxış üçün söz Universitetin müəllimi, "Göyəzən" qəzetinin baş redaktoru Elçin İsmayıla verildi. Elçin İsmayıl da öz növbəsində Şəhid Məhəmmədlə bağlı fikirlərini söylədi və şəhidlərimiz haqqında yazdığı dörd kitabdan bəhs edərək qeyd etdi ki, şəhidlərimizə bir can borcumuz var. Növbəti çıxış Şəhid Məhəmmədin müəllimlərinə, qazi və tələbə yoldaşlarına verildi. Onlar da çıxış edərək Şəhid Məmmədov Məhəmməd haqqında öz gözəl təəsürratlarını tədbir iştirakçılarıynan bölüşdülər və onun tələbəlik illərindən söhbət açdılar.

Tədbirin əsas və yadda qalan hissələrindən biri də "Dəmir Yumruq" Alfa-a Cəmiyyətinin sədri Ülviyyə xanım Əsədovanın çıxışı oldu. Ülviyyə xanım gənclərə dəstək olmağın vacibliyini vurğuladı və Cənab Ali Baş Komandanın Şəhid, qazi, eləcədə imkansız ailələrə göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı. O, həmçinin təsisçisi olduğu "Vətən Haqqı" jurnalı haqqında tədbir iştirakçılarına məlumat verdi. Ülviyyə Əsədova, Cənab Prezident İlham Əliyev haqqında yazdığı kitabı və təsis etdiyi "Fəxri Diplom"u Universitetin direktoru Arif Rüstəmova hədiyyə etdi. Sonda isə Şəhid analarına "Dəmir Yumruq" Alfa-a Cəmiyyətinin təsis etdiyi təşəkkürnamələr verildi və Universitetin əməkdaşı Əliyev Qasıma da "Fəxri Diplom" təqdim edildi.

Onu da qeyd edim ki, tədbirdə Şəhid anaları, qazilər, tələbələr, Universitetin müəllim kollektivi, "Qanunyolutv.az" saytının rəhbəri və eləcədə Vətən müharibəsi veteranı Arif Süleymanlı da iştirak edirdilər. Arif Süleymanlı da öz çıxışında tədbir iştirakçılarını, Şəhid analarını tələbələri salamlayaraq, Şəhid haqqında danışdı, öz ürək sözlərini dedi, xüsusən də gəncləri vətənpərvərliyə səslədi və özü keçdiyi o çətin, keşməkeşli, əzablı döyüş yollarından söhbət açdı, şəhidin valideynlərinə Allahdan səbr dilədi.

Tədbirin sonunda isə müəllif, gənc yazar Elmar Sahib qələmə aldığı "Cənnətdə qovuşan sevgililər" kitabına imza ataraq Şəhid analarına, tələbələrə və Şəhid sevərlərə hədiyyə etdi. Daha sonra tədbir iştirakçıları şəhidimizin guşəsi önündə xatirə şəkili çəkdirdilər. Bəli, həqiqətəndə vətənpərvərlik yaxınlığa-uzaqlığa, soyuğa-qışa baxmır.

P.S. Sonda məndə "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektivimiz adından gənc yazarımız Elmar Sahibə bu xeyirxah əməllərində, yaradıcılığında daima uğurlar arzulayıram. Elmar müəllim arzu edirik ki, qələminiz həmişə yazar, sözünüz hər zaman, hər yerdə keçərli olsun!

ALLAH CƏMİ ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

"Qanunyolutv.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter