Paşinyanın yolunu bağladılar, aeroporta çətinliklə getdi - Fotolar

  • 11.01.2021, 10:45,
  • Xəbər
  • Baxılıb: 41
Paşinyanın yolunu bağladılar, aeroporta çətinliklə getdi - Fotolar

Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri etirazla qarşılanıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, “armeniasputnik” saytının məlumatına görə, hava limanı yaxınlığına toplaşan etirazçılar hökumət rəhbərinin Rusiyanın paytaxtına getməsinə mane olmağa çalışıblar.
Paşinyanın yolunu bağladılar, aeroporta çətinliklə getdi - Fotolar

Etirazçılardan biri bildirib ki, Paşinyan “Zvartnots” hava limanına çataraq Moskvaya getməyi bacarıb.

Bundan başqa əlavə edib ki, Baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistan hava məkanı onun üçün bağlanacaq.

“Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və imzalayacağı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - deyə etirazçı vurğulayıb.

Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçiriləcək.
Paşinyanın yolunu bağladılar, aeroporta çətinliklə getdi - Fotolar

Paşinyanın yolunu bağladılar, aeroporta çətinliklə getdi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter