“Paşinyan, ətirlə konyakınızı qaytaracağam, istefa verin”
- 17.11.2020, 14:40,
- Dünya
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
“Çiçəklənən Ermənistan” frasksiyasının deputatı Naira Zohrabyan istefa edəcəyi təqdirdə Paşinyana konyak və odekolon təhvil verəcəyinə söz verib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə o, Ermənistan parlamentindəki çıxışında bildirib.
Millət vəkilinin sözlərinə görə, hazırda parlamentdə Qarabağla bağlı bəyanat imzalayan Nikol Paşinyanın istefası xaricində başqa bir məsələni müzakirə etmək mümkün deyil.
“Nikol Paşinyan! Mən ətir və konyakınızı qaytaracağam, təki siz gedin ki, biz yeni güclə işləyək”,- deyə Zohrabyan qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasını açıqlamasından sonra İrəvanda etirazçılar baş nazir və ailəsinin yaşadığı iqamətgaha hücum etmişdilər. N. Paşinyan etirazçılar tərəfindən kompüter, saat, ətir və sürücülük vəsiqəsinin oğurlandığını açıqlamışdı.