Rusiya MN-dən Xankəndi açıqlaması

  • 05.01.2021, 10:40,
  • Xəbər
  • Baxılıb: 41
Rusiya MN-dən Xankəndi açıqlaması

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xankəndinin kənar ərazilərinin minalardan təmizlənməsi zamanı rus sülhməramlıları iş apararkən hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edirlər.
Rusiya MN-dən Xankəndi açıqlaması

Rusiya MN-dən Xankəndi açıqlaması

23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 414,6 hektardan çox ərazini, 160 km-dən çox yolu, 20-dən çox sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binasını partlamamış hərbi sursatlardan, 19 minə yaxın partlayıcı maddədən təmizləyib.
Rusiya MN-dən Xankəndi açıqlaması

Aşkarlanan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursatlar, partlayış əməliyyatı üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir.
Rusiya MN-dən Xankəndi açıqlaması
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter