Qarabağda 400 hektardan çox ərazi minalardan təmizlənib
- 03.01.2021, 09:10,
- Xəbər
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. 16 mindən çox partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib", - deyə nazirliyin məlumatında bildirilir.
Qeyd olunub ki, sülhməramlılar ərazilərin minalardan təmizlənməsi zamanı "Uran-6" robot sistemlərindən istifadə edirlər.