“Laçın dəhlizində ərazi minalardan təmizlənir” - Rusiya MN
- 16.11.2020, 19:00,
- Xəbər
Baxılıb: 41
Facebook
Вконтакте
Одноклассники
Google+
“Laçın dəhlizində sülhməramlı birləşmələrin hərbi kolonunun keçidini təmin edən 7 müvəqqəti müşahidəçi postu qurulub”."Qanunyolu.info.az", “Qafqazinfo” - ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirilən brifinqdə deyib.
Bundan əlavə, o qeyd edib ki, hərbi mütəxəssislər tərəfindən Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi minalardan təmizlənib.
“Laçın dəhlizində ərazinin minalardan və partlayıcı maddələrdən tam təmizlənməsi işləri aparılır. Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi yoxlanılıb və minalardan təmizlənib. Həmçinin, 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika yolun gediş-gəliş hissəsindən təmizlənib”, - deyə MN rəsmisi bildirib.