Düşmən Zəngilanda körpünün altına partlayıcı qurğu qoyubmuş... - Fotolar

  • 29.12.2020, 21:05,
  • Xəbər
  • Baxılıb: 43
Düşmən Zəngilanda körpünün altına partlayıcı qurğu qoyubmuş... - Fotolar

Bu gün saat 10:00 radələrində ANAMA-ya Zəngilan rayonu Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən bildirilib ki, daxil olmuş məlumata əsasən Agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Düşmən Zəngilanda körpünün altına partlayıcı qurğu qoyubmuş... - Fotolar

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulmuş partlayıcı qurğu (tərkibi: 158 kq plastik partlayıcı maddə, 125 kq amonium-nitrat tərkibli partlayıcı, 4 ədəd elektrik detonatoru və 30 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.
Düşmən Zəngilanda körpünün altına partlayıcı qurğu qoyubmuş... - Fotolar

Düşmən Zəngilanda körpünün altına partlayıcı qurğu qoyubmuş... - Fotolar

Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən düşmən işğalından azad olunmuş rayonlarda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Düşmən Zəngilanda körpünün altına partlayıcı qurğu qoyubmuş... - Fotolar

Düşmən Zəngilanda körpünün altına partlayıcı qurğu qoyubmuş... - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter