Tovuza atılan mərmilər zərərsizləşdirilib - Foto

Tovuza atılan mərmilər zərərsizləşdirilib - Foto












Ötən gün Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tovuz rayonunun Ağdam və Yuxarı Öysüzlü kəndləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 3 (üç) siqnal (əməliyyat çağırışı) daxil olub.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə və fermanın yaxınlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və partlamış 6 ədəd minaatan mərmisinin hissələri aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Atəş nöqtələrinin ətrafında 150 kv.m əraziyə yerüstü, 15 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Tovuza atılan mərmilər zərərsizləşdirilib - Foto
Tovuza atılan mərmilər zərərsizləşdirilib - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter