Ermənistanda növbəti aksiya, saxlanılanlar var - Yenilənib

  • 28.12.2020, 11:45,
  • Xəbər
  • Baxılıb: 37
Ermənistanda növbəti aksiya, saxlanılanlar var - Yenilənib

Ermənistanda parlament binasının qarşısında növbəti etiraz aksiyası keçirilir.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Dəmirçyan küçəsində parlament binasının qarşısında toplaşan aksiya iştirakçıları binaya daxil olan deputatlara “ayıb olsun” deyə qışqıraraq Baş nazir Nikol Paşinyanın tutduğu vəzifədən kənarlaşdırılmasını tələb edirlər. Aksiya iştirakçılarının əsas şüarı “Nikolsuz Ermənistan”dır .

Binanın girişində etirazçılar hakim “Mənim addımım” blokundan olan deputat Andranik Köçəryanı xain adlandıraraq avtomobilinə yumurta atmağa başlayıblar.

İştirakçılar arasında xüsusilə Ermənistan Respublikaçılar Partiyasının nümayəndələrinin olduğu bildirilir.

Sözügedən partiyanın gənclər qanadının sədri Hayk Mamicanyan jurnalistlərə açıqlamasında erkən seçkilərin uydurma olduğunu, Paşinyanın istefa verməli və vəzifəyə peşəkar şəxslərin gəlməli olduğunu qeyd edib.
****

Məlumata görə, etiraz aksiyası zamanı 8 nəfər iştirakçı saxlanılaraq polis bölməsinə gətirilib. Onların arasında Ermənistanın keçmiş iqtisadiyyat naziri Artsvik Minasyanın da olduğu bildirilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter