Azərbaycan və Türkiyə milliləri birgə təlim-məşq toplanışı keçir - Video
- 07.12.2020, 15:25,
- Xəbər
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın sərbəst güləş üzrə milli komandası Türkiyədə təlim-məşq toplanışı keçir."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Türkiyə yığması ilə birgə baş tutan hazırlıq prosesi dekabrın 1-də start götürüb.
Komanda baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Ankarada həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. İki ölkənin millisinin birgə təlim-məşq toplanışı dekabrın 14-dək davam edəcək.
Qeyd edək ki, sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçiriləcək Fərdi Dünya Kubokunda iştirak edəcəklər. Yarış dekabrın 12-də başlayacaq. Sərbəst güləşçilər yarışın son günlərində (16-18 dekabr) mübarizə aparacaq.