Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri keçirildi - Video
- 01.08.2020, 17:10,
- Xəbər
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib."Qanunyolu.info.az", "Qafqazinfo"nun məlumatına istinadən, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək "Həyəcan" siqnalı ilə təlim rayonuna çıxarılıb.
Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib.
Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilib.