Rusiyada bir gündə 27 minə yaxın yoluxma - Qonşu ölkələrdə son vəziyyət

  • 29.11.2020, 13:15,
  • Xəbər
  • Baxılıb: 55
Rusiyada bir gündə 27 minə yaxın yoluxma - Qonşu ölkələrdə son vəziyyət

Rusiyada son bir gündə 26 min 683 yeni yoluxma faktı qeydə alınıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, 24 saat ərzində 459 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 39 min 527 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 1 761 457 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 269 min 316 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 4 426 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 132 min 368-ə çatıb.

Ölkədə sutka ərzində daha 35 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 230-a çatıb. Ümumilikdə sağalanların sayı isə 110 min 049 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 1 174 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 134 min 768 nəfərə çatıb. Daha 21 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 142-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 107 min 364 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter