Rusiya MN-dən Qarabağdakı atəşkəslə bağlı açıqlama

  • 14.11.2020, 14:20,
  • Dünya
  • Baxılıb: 26
Rusiya MN-dən Qarabağdakı atəşkəslə bağlı açıqlama

“Dağlıq Qarabağda atəşkəs rejimi bütün təmas xətti boyunca gözlənilir”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

“Bu gündən etibarən vəziyyəti gecə-gündüz izləyən Rusiya sülhməramlı kontingentinin təmas xətti boyunca 12 müşahidə postu yerləşdirilib.

“Cənub” məsuliyyət zonasında ümumilikdə 14, “Şimal” məsuliyyət zonasında isə 3 müşahidə postu qurulub. Bu gün daha 5 postun yerləşdirilməsinin başa çatdırılması planlaşdırılır”, - deyə Konaşenkov əlavə edib.

O həmçinin, qeyd edib ki, Rusiya sülhməramlılarının köməyi ilə Şuşada yaşayış məntəqəsi rayonunda həlak olanların cəsədlərinin mübadiləsinə başlanılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter