Ovannisyan istefa verdi

  • 12.11.2020, 20:50,
  • Xəbər
  • Baxılıb: 37
Ovannisyan istefa verdi

Ermənistan Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan istefa verdiyini açıqlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb. “Səhvsiz insan yoxdur” deyən Ovannisyan ölkə ictimaiyyətinə açıqladığı bütün xəbərlərin Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı və Qarabağın “müdafiə ordusu” tərəfindən təqdim edilən məlumatlara əsaslandığını bildirib.

O, noyabrın 9-dan bu vəzifədən getdiyini söyləyib. Ovannisyan bundan sonra elmi fəaliyyətlə məşğul olacağını deyib:

“Siyasətlə məşğul olmamışam və olmaq fikrim də yoxdur. Həyatımı yeni nəslin yetişməsinə həsr etmək istəyirəm”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter