Ermənilərin 7 mülki şəxsi yaraladığı yerdən - Fotolar
- 30.09.2020, 10:10,
- Xəbər
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələri növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutub."Qanunyolu.info.az", “Qafqazinfo”-nun Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata istinadən, dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan vurulub.
Mərmi nəticəsində bir minik avtomobili də yararsız hala düşüb.
***
Yaralılardan 6-sının adı məlumdur:İbrahimli Fuad Məzahir oğlu, 1994-cü il;
İbrahimov Mahmud Qaçay oğlu, 1962-ci il;
İbrahimov Şahin Mahmud oğlu, 1988-ci il;
İsmayıllı İsmayıl Təfəkkür oğlu, 1994-cü il;
Əliyev Müzəffər Əli oğlu, 1971-ci il;
Şərifov İxtiyar Bəxtiyar oğlu, 1998-ci il. Həmin ərazidən fotoları təqdim edirik: