Gürcüstanda simptomsuz xəstələri hotellərə köçürəcəklər
- 10.09.2020, 08:50,
- Xəbər
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan hakimiyyəti COVID-19-u simptomsuz keçirən xəstələri mehmanxanalara köçürməyə qərar verib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yekaterina Tikaridze bildirib.“Batumidə pasiyentləri artıq klinikadan mehmanxanaya köçürürlər”, - o qeyd edib. Tbilisi və Kutaisidə də simptomsuz pasiyentlər üçün mehmanxana nömrələri ayrılacaq.
Klinikalardan yetkinlik yaşına çatmayanları, yaşı 65-dən yuxarı olan pasiyentləri, eləcə də xroniki xəstəliyi olan şəxsləri köçürməyəcəklər.
“Bu gün klinikalarda koronaviruslu pasiyentlər üçün 600 yer ayrılıb, məşğulluq səviyyəsi 65 faiz təşkil edir”, - Tikaridze bildirib.