Qızıl üzük hədiyyə edilən müəllimə töhmət verildi - Rəsmi - Video + Yenilənib

Qızıl üzük hədiyyə edilən müəllimə töhmət verildi - Rəsmi - Video + Yenilənib

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etməsi ilə bağlı iddialar yayılıb.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərin rayonun Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbdə işləyən Günel adlı müəllimin təşkil etdiyi məclisdə çəkildiyi bildirilir. Videoda sıraya düzülən qadınlardan biri müəllimənin barmağına qızıl üzük taxır.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.
****

Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib.

Bu barədə Report-un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb:

“Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur”.

İdarə valideynlərə bir daha müraciət edərək xatırladıb ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır.

“Etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib”.

Həmin görüntüləri təqdim edirik:

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter