Xəzərdə itkin düşmüş neftçinin meyiti tapıldı

  • 10.08.2020, 20:30,
  • Xəbər
  • Baxılıb: 17
Xəzərdə itkin düşmüş neftçinin meyiti tapıldı

Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin 3-cü mədəninin operatoru, 1975-ci il təvəllüdlü Kazımov Elşənin meyiti dənizdən çıxarılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə hüquq müdafiəçisi, "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı feysbuk hesabında məlumat verilib.

Xatırladaq ki, ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlunun növbənin sonunda - saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter