Şairin oğlunun da meyiti tapıldı - Yenilənib

  • 01.08.2020, 18:10,
  • Xəbər
  • Baxılıb: 33
Şairin oğlunun da meyiti tapıldı - Yenilənib












Ötən gün Sumqayıtda dənizdə batan iki nəfərdən birinin cəsədi tapılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Qanunyolu.info.az", "Qafqazinfo"ya istinadən FHN-dən bildirilib.

Qeyd edək ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter