Bir ay əvvəl Şuşada yaralandı, bu gün şəhid oldu - Fotolar

Bir ay əvvəl Şuşada yaralandı, bu gün şəhid oldu - Fotolar

Bir ay əvvəl Şuşa uğrunda gedən döyüşlərdə ağır yalanan gizir Əlizadə Tahir Qəribəli oğlu bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhidimiz doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.
Bir ay əvvəl Şuşada yaralandı, bu gün şəhid oldu - Fotolar

Qeyd edək ki, Əlizadə Tahir Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad edilməsində iştirak edib. O, Hadrut uğrunda döyüşdə yaralansa da, bir müddət müalicə alıb yenidən cəbhəyə qayıtmışdı.
Bir ay əvvəl Şuşada yaralandı, bu gün şəhid oldu - Fotolar

Bundan sonra Əlizadə Tahir Şuşa uğurunda döyüşlərdə meşəlik ərazidə çətin döyüş tapşırığını uğurla həyata keçirib. Sonuncu döyüşdə yaralı əsgərlərini xilas edərkən ağır yaralanıb və bundan sonra xəstəxanaya yerləşdirilmişdi.

Onu da əlavə edək ki, şəhidimizin qardaşı Əliyev Bəhruz da hərbi qulluqçu kimi müharibədə iştirak edib, böyük qardaşı Telman isə birinci Qarabağ müharibəsi qazisidir.
Bir ay əvvəl Şuşada yaralandı, bu gün şəhid oldu - Fotolar

Bir ay əvvəl Şuşada yaralandı, bu gün şəhid oldu - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter