Jurnalist Əvəz Zeynallı vəfat etdi - Yenilənib
- 28.09.2026, 13:30,
- Xəbər / Sosial
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu feysbukda paylaşım edib.
Xatırladaq ki, 56 yaşlı Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
****
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 11:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, S.Mənsur 63 b ünvanından çağırış qeydə alınıb:“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb” .
Qeyd edək ki, mərhum jurnalist 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan Əvəz Zeynallı aylarla Türkiyədə müalicə alıb.
Allah rəhmət eləsin!