Aparıcının qızı bağçada öldü - Yenilənib
- 27.09.2024, 09:30,
- Kriminal / Təhsil
Baxılıb: 0
Facebook
Вконтакте
Одноклассники
Google+
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Həmid Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində yıxılıb.
O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
****
Əldə etdiyimiz məlumata görə, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.****
"Qanunyolutv.az" xəbər verir ki, TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
****
"Qanunyolutv.az" xəbər verir ki, aparıcının yaxınlarından bildirilib ki, uşaq ürəkqüsurlu olub və hadisə qəfil baş verib.