Yaşasaydı, 35 yaşı olacaqdı…
- 08.08.2026, 10:30,
- Xəbər
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Milli Qəhrəman, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.“Qanunyolutv.az” xəbər verir ki, Hökumə Cəlil qızı Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərdə anadan olub. Ailəsi 1993-cü ildə işğal səbəbindən məcburi köçkün düşərək əvvəlcə Bərdədə, sonra isə Rusiyada yaşayıb. O, Volqoqradda 1-6-cı siniflərdə oxuyub, daha sonra Gəncəyə köçərək təhsilini orada davam etdirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, magistr və doktorantura təhsilini də tamamlayıb.
2016-cı ildən Azərbaycan Hava Yollarında (AZAL) çalışmağa başlayan Hökümə Əliyeva əvvəlcə tərcüməçi, sonra stüardessa və daha sonra hüquqşünas kimi fəaliyyət göstərib.
Hökumə Əliyeva 2024-cü ildə Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Hökumənin “hər şey yaxşı olacaq!” sözləri yaddaşlarda iz qoyub.Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub və ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Allah rəhmət eləsin!