7 nəfərin şəxsiyyəti müəyyənləşdi - Aralarında Hökümə də var

  • 26.12.2024, 10:30,
  • Siyasət
  • Baxılıb: 7
7 nəfərin şəxsiyyəti müəyyənləşdi - Aralarında Hökümə də var

Ötəngünkü təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

“Qanunyolutv.az”, “tengrinews.kz”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

“Həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onların 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür. 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib”, - məlumatda deyilir.

Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva da var.

Stüard Zülfüqar Əsadov və stüardessa Aydan Rəhimli isə qəzadan sağ çıxıb.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakini idi. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirmişdi. Evli idi.

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter