Nikol Paşinyan bu 3 nəfəri yenidən vəzifəyə təyin etdi
- 06.08.2026, 19:00,
- Xəbər
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə ölkənin təhlükəsizlik və kəşfiyyat strukturlarının rəhbərliyində bir sıra təyinatlar həyata keçirilib.“Qanunyolutv.az”, “Armenpress”ə istinadən xəbər verir ki, qərarlar Ermənistan hökumətinin rəsmi portalında dərc olunub.
Hökumət rəhbərinin müvafiq qərarları ilə
Artur Qasparyan Dövlət Mühafizə Xidmətinin rəisi,
Andranik Simonyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru,
Kristinne Qriqoryan isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə yenidən təyin ediliblər.
Qeyd edək ki, hər üç şəxs bu vaxtadək həmin qurumlarda rəhbər vəzifələrin müvəqqəti icraçısı idilər.
Bundan başqa, Baş nazirin digər bir qərarı ilə
Aram Hakobyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsindən azad edilib.