Lənkəran Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı
- 03.08.2026, 21:30,
- Xəbər / Səhiyyə
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəran Rayon Mərkəzi Xəstəxananın direktoru işdən çıxarılıb.“Qanunyolutv.az”-ın məlumatına görə, direktor Nuridə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən azad olunub.
O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, Nuridə Məmmədova 2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. Onun işdən uzaqlaşması ilə bağlı ərizəsini təqdim etməsi yaşayış yerini dəyişməsi göstərilir.