Putinin onu təbrik etməməsinə ironiya ilə cavab verdi

  • 11.06.2026, 15:30,
  • Xəbər
  • Baxılıb: 3
Putinin onu təbrik etməməsinə ironiya ilə cavab verdi

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin onu parlament seçkilərində qalib gəlməsi münasibətilə hələ təbrik etməməsinə münasibət bildirib.

“Qanunyolutv.az”, “News.am”a istinadən xəbər verir ki, Nikol Paşinyan bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Belə ki, jurnalistlərin Putinin Paşinyanı niyə təbrik etmədiyi barədə sualına cavab verən Ermənistan Baş naziri bu faktı təsdiqləyib və ironiya ilə “Ümid edək ki, təbrik edəcək” deyib.

Xatırladaq ki, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası iyunun 7-də keçirilən parlament seçkilərində qalib gəlib. Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiyanın Ermənistandakı seçkilərin rəsmi nəticələri açıqlandıqdan sonra Nikol Paşinyana qələbə münasibətilə təbrik göndərəcəyini bəyan edib. Ermənistan Mərkəzi Seçki Komissiyası isə seçkilərin yekun nəticəsini iyunun 14-də açıqlayacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter