Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.“Qanunyolutv.az” Bakupost-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, qurumun daha iki vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verilib.
İşdən çıxarılanlar TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri
Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri
Şöhrət Soyziyevdir.
Qeyd edək ki, son günlər TƏBİB-də genişmiqyaslı kadr dəyişiklikləri aparılır. Bundan əvvəl İnsan resursları departamentinin rəhbəri
Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri
Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri
Fidan Mahmudova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri
Rəşad Çobanlı, İnsan resursları departamentinin Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinin müdiri
Babək Tağızadə, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri
Könül Əhmədova işdən çıxarılmışdı.