TƏBİB sədri onları da işdən çıxardı - Yenilənib
- 22.04.2026, 15:00,
- Siyasət / Səhiyyə
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib.“Qanunyolutv.az” xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını Bakupost.az -a təsdiqləyib.
“Bundan sonrakı qərarı TƏBİB verəcək”, - 2023-cü ildən bu vəzifədə çalışmış Nurəngiz Bəşirova bildirib.
Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru
Könül Ələkbərov və
“Yeni Klinika”nın direktoru
Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.
****
Konkret.az-ın məlumatına görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin direktoru Mirələm Cəlalov da vəzifəsindən azad olunub.Mirələm Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.
Qeyd edək ki, aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr
dəyişikliklərinə başlayıb.