Vlada Axundovanın ölümünə səbəb olan sürücüyə - Hökm oxundu
- 08.04.2026, 14:00,
- Xəbər / Kriminal
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il Səbail rayonu Bayıl qəsəbəsində tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, Vlada Axundovanın olduğu taksiyə çırpılan “Hyundai” markalı avtomobilin sürücüsü Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Mehdizadəyə hökm oxunub.
Səbail Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib. Təqsirləndirilən şəxsə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkməlidir. Əlavə olaraq onun sürücülük hüququ 1 il 6 ay müddətə məhdudlaşdırılıb.Qeyd edək ki, hadisə 2025-ci il oktyabrın 30-da Vlada Axundova “Toyota” markalı
taksidən düşərkən baş verib. Bu zaman Seyfulla Mehdizadənin idarə etdiyi avtomobil arxadan həmin maşına çırpılıb. Zərbədən 1987-ci il təvəllüdlü sənətçi vəfat edib.
Məhkəmədə zərərçəkən şəxsin hüquqi varisi 24 yaşlı sürücünü bağışladığını bildirib.
Fotoda: Vlada Axundova