MOK-da yeni komissiya - Sədri Azər Əliyev oldu
- 11.03.2026, 22:00,
- Xəbər / İdman
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə MOK məlumat yayıb.
Bildirilib ki, komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malik şəxslərdən formalaşıb:Azər Əliyev – Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Təhlükəsiz İdman Komissiyanın sədri
Təhminə Tağı-zadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru
Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri
Fəridə Əzizova – Atletlər Komissiyasının sədri
Elgün Səfərov – Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiriBu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.