Bu Komissiyanın yeni tərkibi təsdiqləndi - Sərəncam
- 13.07.2023, 15:00,
- Xəbər / Sosial / İqtisadiyyat
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni tərkibi təsdiqlənib.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:Komissiyanın sədriAzərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
Komissiyanın Katibliyinin rəhbəriAzərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri.
