FHN-də Zərifə Əliyevanın xatirəsi anılıb - Fotolar

FHN-də Zərifə Əliyevanın xatirəsi anılıb - Fotolar

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə Xidmətin rəhbərliyi və kollektivi iştirak edib.

Mərasimi giriş sözü ilə açan Tibb Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Rəfail Mehdiyev nəciblik və ziyalılıq mücəssəməsi olan akademik Zərifə Əliyevanın mənalı həyat yolundan söz açıb, insanpərvərliyin və xeyirxahlığın onun həyat fəlsəfəsi olduğunu vurğulayıb. Zərifə xanımın əsl Azərbaycan xanımı kimi mənəvi dəyərlərimizin layiqli daşıyıcısı olduğunu diqqətə çatdıran natiq, onu həmçinin, sadiq və fədakar həyat yoldaşı, qayğıkeş ana kimi xarakterizə edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin mənəvi dayağı olan Zərifə xanım Əliyeva, eyni zamanda Vətən üçün layiqli övladlar bəxş edib.

Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinə toxunan Rəfail Mehdiyev dünya şöhrətli alimin zəngin elmi irsindən bəhs edib, yaratdığı fundamental əsərlərin dünya, o cümlədən Azərbaycan tibb elminin misilsiz xəzinələrindən olduğunu bildirib.

Sonra FHN Tibb Xidmətinin əməkdaşları – Xidmət rəisinin müavini – poliklinika şöbəsinin rəisi tibb xidməti baş leytenantı Ülkər Məhərrəmova “Akademik Zərifə Əliyeva bir ana kimi”, Dərman, tibbi avadanlıq, alət və ləvəzimat təminatı şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Mobil Mehtiyev “Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı haqqında xatirələri” və Müalicə-profilaktika işinin təşkili şöbəsinin rəisi tibb xidməti mayoru Arzu Babazadə “Akademik Zərifə Əliyevanın peşə fəaliyyəti haqqında” mövzularında çıxış ediblər.

Tədbirin sonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı həyat yolundan və zəngin elmi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter