Şamaxıda Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olundu - Fotolar

Şamaxıda Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olundu - Fotolar

Şamaxı Müalicə Diaqnostika Mərkəzində rayon ictimaiyyətinin və səhiyyə işçilərinin iştirakı ilə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

“Qanunyolu.info.az” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şamaxı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyin görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib.
Şamaxıda Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olundu - Fotolar

Natiq akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş sovetlər məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulanıb.

Digər çıxış edənlər Şamaxı rayon Mərkəzi Xəstəxanasının həkimləri Ədalət Həmidov və İslam Ağayev Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftаlmologiyаnın müxtəlif sаhələri üzrə аpаrdığı tədqiqаtlаrdan, qаzаndığı nаiliyyətlərdən geniş söhbət açaraq akademikin elmi fəaliyyətinin nəticələrinin 150-dən artıq əsərdə, 10 monoqrafiyada, həkimlər üçün dərs vəsaitlərində və sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodiki tövsiyələrdə öz əksini tapdığını bildiriblər.
Şamaxıda Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olundu - Fotolar

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov görkəmli alim və dövlət xadimi Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından, eləcə də ictimai fəaliyyətindən geniş söhbət açaraq ən ülvi və nəcib dəyərləri özündə birləşdirən Zərifə xanım Əliyevanın işıqlı xatırəsinin bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıq və ehtiramla yad ediləcəyini qeyd edib.

Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində həsr olunmuş film nümayiş olunub.
Şamaxıda Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olundu - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter