Sabiq sədr müavininin vəzifəli qızı da işdən çıxarıldı - Yenilənib
- 03.03.2025, 11:30,
- Xəbər / Sosial
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakı Metropoliteni” QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.“Qanunyolutv.az”, “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov Əmr imzalayıb.
Xatırladaq ki, 6 il əvvəl Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı.
Belə ki, şərhlərindən birində “ças pik” sözünü yanlış yazanlara eyham vuraraq bildirmişdi: “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”. Daha sonra isə yazdıqlarının düzgün anlaşılmadığını deyərək
üzr istəmişdi.
Qeyd edək ki, Lalə Babayeva 2014-2015-ci illərdə “Bakı Metropoliteni” QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC-də çalışıb. O, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.
****
“Bakı Metropoliteni” QSC-nin yaydığı məlumata görə, Lalə Babayeva öz ərizəsi ilə işdən azad olunmasını xahiş edib.
