Zaur Hüseynovun dövründə - 4 milyonluq pozuntu olub

  • 15.02.2025, 11:00,
  • Kriminal
  • Baxılıb: 2
Zaur Hüseynovun dövründə - 4 milyonluq pozuntu olub

“Bakı Metropoliteni” QSC-nin külli miqdarda vergi borcu var.

“Qanunyolutv.az", “Qaynarinfo”ya istinadən xəbər verir ki, qurumun sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı “Bakı Metropoliteni” QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.

Xatırladaq ki, daha əvvəl “Bakı Metropoliteni” QSC-də Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlanmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter