Azərbaycanlı kursant Türkiyədə vəfat etdi - Fotolar+Yenilənib
- 26.02.2025, 18:00,
- Xəbər
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnstitunun kursantı olmuş Elvin Quluzadə vəfat edib.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Qeyd olunub ki, Elvin Quluzadə bu gün xərçəng xəstəliyindən həyatını itirib.
****
"Qanunyolutv.az" xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, Rusiyada hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyənin Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilmiş, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat etmişdir.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantın ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Allah rəhmət eləsin!
