Hacıqabulda məktəbli vəfat etdi - Fotolar+Yenilənib
- 21.05.2024, 17:30,
- Xəbər / Sosial / Təhsil
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Hacıqabul şəhərində məktəbli qız dünyasını dəyişib. “Qanunyolutv.az” xəbər verir ki, bu barədə onun təhsil aldığı Hacıqabul şəhər Fərhad Süleymanov adına 3 nömrəli tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, məktəbin Vl sinif şagirdi Aylin Səmədli vəfat edib.
Paylaşıma yazılan şərhlərdə azyaşlının qızılca səbəbindən öldüyü bildirilib.
****
"Qanunyolutv.az" xəbər verir ki, TƏBİB-dən bildirilib ki, uşaq 16.05.2024-cü il tarixində saat 20:31 radələrində dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:“Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasyon pnevmoniya təyin edilib. Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb”.