Onlar yeni vəzifəyə təyin edildi
- 30.10.2024, 14:30,
- Xəbər / Sosial / Təhsil
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyindəki iki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.“Qanunyolutv.az”, “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə
Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.
Elçin Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini
Cavadov Cavad Alı oğluna həvalə edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri
Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.