Bakının məşhur məktəbinə direktor təyin olundu.

Bakının məşhur məktəbinə direktor təyin olundu.

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq əmrə əsasən, Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

Qeyd edək ki, Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinin məzunudur. O, 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.

"Qanunyolutv.az" xəbər verir ki, 132-134 nömrəli Təhsil Kompleksinin bundan öncəki direktoru "Əməkdar müəllim", 3-cü dərəcəli “Əmək” ordenli Sara Xanlarova idi. O, ötən ay çalışmanın yaş həddinə çatma səbəbi ilə işdən çıxıb.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri Modern.az yayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter