Üçtərəfli görüş başa çatdı - Yenilənib+Fotolar
- 26.09.2024, 18:30,
- Xəbər
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.“Qanunyolutv.az” xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilir.
Tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində baş tutub.
****
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb.
“Qanunyolutv.az” xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Qeyd edək ki, görüş mediaya qapalı keçib.
****
26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.
"Qanunyolutv.az" xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
