Ceyhun Bayramovla Pompeonun görüş saatı açıqlandı
- 23.10.2020, 09:40,
- Siyasət
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, 23 oktyabrda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfər edəcək."Qanunyolu.info.az", “Qafqazinfo”-nun xəbərinə istinadən, XİN rəhbərinin Vaşinqtonda Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.
ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin məlumatına görə, Pompeonun Ceyhun Bayramovla görüşü saat 09:30-da (Bakı vaxtilə saat 17:30) baş tutacaq.
Qeyd edək ki, Dövlət Katibi Bayramovla görüşdən sonra Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla da görüşəcək.