Polis Günü Yasamalda da qeyd olundu - Fotolar

Polis Günü Yasamalda da qeyd olundu - Fotolar

İyulun 2-də Azərbaycan Polisi Günü münasibətilə Yasamal rayon Polis İdarəsində tədbir keçirilib.

“Qanunyolutv.az” xəbər verir ki, rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev iclası açaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini çatdırıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon Polis İdarəsinin rəhbərliyini və əməkdaşlarını təbrik edib.

Qeyd olunub ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları bu 106 il ərzində uzun tarixi bir yol keçib. 90-cı illərin əvvələrində ölkədə xaos və hərc-mərclik baş qaldırdığı bir vaxtda yalnız ulu öndərin müdaxiləsi ilə Azərbaycanda sabitlik bərpa olundu və Azərbaycanda qanunun aliliyi təmin edildi. Cəmiyyətdə sabitliyin təmin olunmasında DİN mühüm rol oynadı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub. Polis ictimai-siyasi sabitliyin rəmzinə çevrildi. Bu gün Azərbaycan polisi Azərbaycan dövlətinin mühüm dayağıdır.

Bildirildi ki, 80-ci illərin sonu Qarabağ münaqişəsi təzə başlayanda bizim ordumuz yox idi və erməni terroçularına qarşı ilk sipər olan məhz polis əməkdaşlarımız oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yüzlərlə polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuşdur.Tökülən qan yerdə qalmadı və Azərbaycan dövləti Vətən Müharibəsində Zəfər qazandı. Qarabağ tam azad edildi.

Bu gün Azərbaycan polisi cəmiyyətimizin keşiyinda dayanıb.İctimai təhlükəsizliyin təmin edilməsində polisin rolu əvəzedilməzdir. Bu gün də polis öz qanı, canı bahasına Azərbaycan vətəndaşını müdafiə edir. Ona görə tam əsasla biz bu gün deyə bilərk ki, Azərbaycan polisi Azərbaycan vətəndaşını qoruyur.

Tədbirdə çıxış edən digər natiqlər bildirdilər ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə xidmət edir, ictimai asayişin mühafizəsi, sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri peşəkarlıqla yerinə yetirir.

Tədbirin sonunda rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edildi və xatirə fotosu çəkilib.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter