Arif Süleymanlı: 2 iyul Azərbaycanda Polis Günü qeyd olunur
- 02.07.2021, 03:00,
- Gündəm / Siyasət / Xəbər
Baxılıb: 133
Facebook
Вконтакте
Одноклассники
Google+
Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır!
Heydər ƏliyevAzərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.Polis bölüyünün yaranmasından sonra həmin gün polislərin peşə bayramı kimi qeyd olunmağa başlayıb. Belə ki, Prezident Heydər Əliyevin 24 may 1998-ci il tarixli “Azərbaycan Polisi gününün təsis edilməsi haqqında” fərmanına əsasən iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Azərbaycan polisinə verilən bu önəmin səbəbi ondan qaynaqlanır ki, ulu öndər ölkəmizdə daim polisin fəaliyyətinə yüksək qiymət verib. İctimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib.
Daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi intizamın güclənməsi, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
P.S. "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından başda cənab nazir general-polkovnik Vilayət Eyvazov olmaqla bütün DİN-nin əməkdaşlarını 2 iyul - "Polis günü" münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin və millətimiz üçün önəmli işlərində nailiyyətlər arzu edirik.
