Balakəndə Ulu Öndərin xatirəsinə RİH, YAP rayon təşkilatı və “Balacans MMC”nin iştirakı ilə silsilə tədbirlər keçirildi - Fotolar
- 12.05.2024, 11:30,
- Xəbər / Sosial
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə YAP Balakən rayon təşkilatı Rayon İcra Hakimiyyəti və “Balacans MMC” ərazi partiya təşkilatı ilə birgə ağacəkmə aksiyası keçirilib. “Qanunyolutv.az” xəbər verir ki, aksiyada həmişəyaşıl şam ağacları əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.
Daha sonra rayon Mədəniyyət Mərkəzində rəsmi tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbir incəsənət ustalarının iştirakı ilə bədii-musiqili proqramla davam etdirilib.