Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi - Yenilənib

Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Elm və Təhsil Nazirliyinin aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.

“Qanunyolutv.az”-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun adı vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb. Onun çalışdığı şöbənin adı İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi ilə əvəzlənib və Səbuhi Rzayev müdir təyin olunub.

Cəsarət Valehov məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, yaxın günlərdə yeni iş fəaliyyəti ilə bağlı məlumat verəcək.
****

"Qanunyolutv.az" xəbər verir ki, Cəsarət Valehov açıqlamasında bildirib ki, fəaliyyətini təhsillə bağlı davam etdirəcək.

Fotoda Səbuhi Rzayev
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter