14 yaşlı qızı öldürüb anasını bıçaqlayan ömürlük məhkum edildi - Foto

14 yaşlı qızı öldürüb anasını bıçaqlayan ömürlük məhkum edildi - Foto

Qeyri-rəsmi münasibətdə olduğu Əfsanə Şadatovaya xəsarət yetirməkdə onun 14 yaşlı qızı Günay Şadatovanı öldürməkdə ittiham olunan Zaur Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Zaur Babayev təkrar qəsdən adam öldürməkdə və yetkinlik yaşına çatmayan şəxsi zorlamaqda təqsirli bilinərək ömürlük məhkum edilib.

O, qalan ömrünü həbsxanada keçirəcək.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Həmin gün 43 yaşlı Əfsanə Şadatovaya bıçaqla xəsarət yetirilməsi, onun 14 yaşlı qızı Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Əfsanə Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 42 yaşlı Zaur Babayev saxlanılıb.

Zaur Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə),120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 149.2.4, 149.2.5-ci (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter