35 yaşlı kişi öldürüldü - Əmisi oğlu saxlanıldı - Yenilənib
- 14.10.2023, 14:00,
- Kriminal
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabunçu rayonu Bakıxanov qəsəbəsində 35 yaşlı Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub."Qanunyolutv.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 39 yaşlı Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
****
Sabunçu Rayon Prokurorluğu da qətllə bağlı məlumat yayıb.Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nəsimi Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.